"Anamın qalan borclarını şəkillərimlə ödədim"

26 Noyabr 2024 22:26

Ülvira Qarayevanın verlişinin növbəti qonağı model Səmra Hüseynova olub.

Milli.Az xəbər verir ki, o, açıqlamaları ilə yenidən gündəmə gəlib.

O bildirib ki, uşaqlıqda anasının yüksək faizlə borc götürdüyünü və bu borcu ödəmək üçün fotolarını satıb.

Model fotoşəkillərini alıb xarici şirkətlərə sataraq pul qazandığını və bu şəkillərin sosial şəbəkələrdə yayıldığını bildirib.

Hüseynova bu fotoların yayılmasına çox da əhəmiyyət vermədiyini, amma anasının həyatı uğrunda yaşadığı çətin anları heç vaxt unutmadığını söyləyib. Azərbaycanda bu sahədə tək fəaliyyət göstərdiyini də əlavə edib.

Aysel Əkbər
Milli.Az