Dövlət büdcəsinin gəlirləri və xərcləri bu qədər olacaq

26 Noyabr 2024 22:15

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq.

Milli.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilə nisbətən 4,1% çox olacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az