AMEA-nın Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi – SƏRƏNCAM

26 Noyabr 2024 13:50

Prezident İlham Əliyev "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında" sərəncam imzalayıb.

Milli.Az xəbər verir ki, sərəncama əsasən, AMEA-nın Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az