Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Qadağan olunacaq

26 Noyabr 2024 12:36

Rusiya Dövlət Duması rus dilini bilməyən uşaqların məktəblərə qəbulunu qadağan edəcək.

Milli.Az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlət duması məlumat yayıb.

Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulunu qadağan edən qanun layihəsinə baxmağa başlayıb. Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

O qeyd edib ki, qanun layihəsi uşağın və onun valideynlərinin Rusiya Federasiyasının ərazisində olmasının qanuniliyinin, habelə miqrant uşaqların məktəblərə qəbul zamanı rus dilini bilmə səviyyəsinin məcburi yoxlanılmasını nəzərdə tutur.

Qanun layihəsinə birinci oxunuşda dekabrın 10-da baxılması planlaşdırılır.

Nərmin Mahmudova
Milli.Az