"Bentley"lə "Ferrari" toqquşdu - Dünyanın ən bahalı qəzası... - FOTO

26 Noyabr 2024 14:16

Dünyanın ən bahalı yol qəzası Avstriyada, İsveçrə yaxınlığındakı Pfunds dağ yolunda baş verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qəzada dünyanın ən dəbdəbəli 4 avtomobilinə ciddi ziyan dəyib. 2 Ferrari, 1 McLaren Elva və Ferrari LeFerrari də daxil olmaqla 1 Bentley-in Avstriyanın İsveçrə yaxınlığındakı Pfunds dağ yolunda toqquşub.

Belə ki, LaFerrari" də qarşısında 1,7 milyon İsveçrə frankı dəyərində olan "McLaren Elva" ilə toqquşub. 300 min frank dəyərində 610 at gücünə malik olan "Bentley" də dayana bilməyib və qarşısındakı "Ferrari Superfast"a çırpılıb. Bildirilir ki, ən çox zərər "Ferrari LaFerrari" yə olub.  

Ümumi dəyəri 270 milyon lirə olan nəqliyyat vasitələrinə dəyən ziyan 70 milyon lirəyə çatıb. 

Hadisə nəticəsində sürücülər xəsarət almayıb. Onlar hadisənin eşidilməsinə mane olmaq üçün böyük səy göstəriblər. Lakin qəzaya aid fotolar sosial mediada yayılıb. Qəzaya münasibət bildirən bəzi istifadəçilər "Ağıl pulla alınmaz" sözlərini deyib.

Fidan
Milli.Az