Yatmazdan əvvəl dişlərimizi fırçalamasaq, nə olar?

2 Dekabr 2024 01:01

Həkimlər dişlərinizi fırçalamağı unutmağınız ağız boşluğunda böyük problemlərə yol açacağını bildirib.

Milli.Az lent.az-a istinadən bildirir ki,daimi diş baxımı uzun illər sağlamlıq sərmayənizdir.
Dişlərin müntəzəm fırçalanması sadəcə rutin vərdiş deyil, ağız boşluğunun və bütün orqanizmin sağlamlığının qorunmasında mühüm addımdır.

Ağız, xüsusilə yeməkdən sonra bakteriyalar üçün ideal bir mühit yaradır. Diş çürüməsinin əsas günahkarı qida qalıqları ilə qidalanan və turşular istehsal edən Streptococcus mutans bakteriyasıdır.

Bu turşular diş minasını məhv edərək diş çürüməsinə və diş ətinin iltihabına səbəb olur.

Milli.Az