Müğənni Nüşabə Musayeva özü haqda maraqlı açıqlamalar verib.
Milli.Az bildiri ki, "Xəbərin var?" səhər verilişinin qonağı olan sənətçi özünü hələ də uşaq ruhlu hiss etdiyini açıqlayıb:
"Nənə olmağımın ruhuma heç bir aidiyyatı yoxdur. Mən 40 yaşında uşağam. Mən böyüməmişəm. Həqiqətən böyüməmişəm. Mən uşaq kimi küsüb, inciyirəm. Ruhum belədir. Nə edim? Başıma yaylıq bağlayım? Məni niyə zorla nənələşdirirsiniz? Mən də belə nənəyəm".
Milli.Az