Bakıda tiktoker qız onu söyən kişini tapıb ayağını öpdürdü - Həbs olundu - FOTO

25 Noyabr 2024 17:37

Azərbaycanda daha bir tiktoker qiyabi həbs edilib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, tiktoker Duana Quliyeva canlı yayımda olarkən bir nəfər onu söyüb. Duana onu adından tanıyıb və əvvəllər evində işləyən usta olduğunu bilib. Bu barədə o, ustanı ona tanıdan şəxsə məlumat verib. Həmin şəxs digər iki qohumu ilə birgə ustanı taparaq, Nərimanov rayonunda binalardan birinin arxasında Duana ilə görüşdürüblər. Burada usta Duanadan üzr istəyib və onun ayaqqabısından öpməyə məcbur edilib.

Hadisədən sonra usta polisə şikayət edib.  

Nəticədə Duananın barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Nərimanov rayon Məhkəməsi Duana və digər iki nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

Milli.Az