"Şapalağı qoyaram aparıcının ağzına, durub gedərəm"

25 Noyabr 2024 17:40

Aktyor və müğənni Şəhriyar Əbilov getdiyi verilişlərdə əvvəlcədən aparıcı ilə veriləcək suallarla bağlı müzakirə apardığını açıqlayıb.

Milli.Az xəbər verir ki, aktyor bu barədə qonaq olduğu "Günə bax" verilişində deyib.

"Bu bir marketinqdir. Sən artıq sağlam formada tanındıqca ehtiyyat edirsən - Hər verilişə getmək, hər aparıcının qarşısına çıxmaq, hər qonaqla oturmaq olmaz. Bu artıq dəbə çevrilib. Əvvəllər belə şeylər yox idi. Bizi hansı verilişə çağırırdılarsa biz ona gedirdik. Artıq bu reytinq məsələsi bir çox verilişlərdə o qədər ucuzlaşıb ki... Söhbət mən hansı verilişə gedə bilərəm, harada özümü rahat hiss edə bilərəm. Mən xasiyyətimə uyğun mövzu, format, informasiya olmalıdır ki, o verilişə gedim. Əgər aparıcı qarşıma bayağı və ucuz bir şey qoyarsa, hətta bunu onların özlərinə də demişəm, canlı yayımda şapalağı qoyaram ağzına durub gedərəm. Heç vecimə də deyil, çünki 20 ildir ki, bunun içindəyəm. Bunu qabaqcadan demişəm ona görə də, belə bir şeylər olmayıb" . 

Milli.Az