Sarıyer Aşiyanda qadın foto çəkdirərkən dənizə düşüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəniz qırağında selfi çəkdirən qadın bir anlıq diqqətinin dağılması nəticəsində boşluğa basaraq dənizə yıxılıb. Dostunun suya düşdüyünü görən digər şəxs də onu xilas etmək üçün özünü dənizə atıb. Onlar müddət sonra yoxa çıxıb.
Hadisə yerinə Sahil Mühafizəsi, Dəniz Polisi və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) dalğıcları göndərilib.
Onların axtarışları davam edir.
Fidan
Milli.Az