Dünyanın ən yaşlı futbolçusu öldü - FOTO

25 Noyabr 2024 15:45

Graham Bailey 104 yaşında dünyasını dəyişib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 104 yaşında vəfat edən futbolçu Qraham Beyli dünyanın ən yaşlı futbolçusu idi.

Qeyd edək ki, Q.Beyli peşəkar karyerasına 1937-ci ildə, 17 yaşında olarkən "Haddersfild"də başlayıb. Keçmiş müdafiəçi 1948-ci ildə "Şeffild Yunayted"ə transfer olunub. O, 1950-ci ildə futbolçu karyerasını bitirib. Karyerasına mərkəz müdafiəçisi kimi başlayan futbolçu çox yönlü olması ilə tanınıb və vaxtının çoxunu meydançanın hər iki tərəfində oynamağı bacaran müdafiəçi kimi keçirib. 

Fidan
Milli.Az