Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ,Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalareyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində heykəltaraşlıq sahəsində fəaliyyətiolan gəncliyin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin, əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərmək məqsədi ilə yeniyetmə və gənclər arasında elan olunmuş "ƏLLƏRİN SEHRİ" adlı yaradıcılılıq müsabiqəsinin yekun sərgisi 28 noyabr 2024-cü il saat 16:00 Xətai Sənət Mərkəzində açılacaq.
Nəzərinizə çatdıraq ki, mövzusu sərbəst olan "Əllərin sehri " müsabiqəsinə ölkəmizin müxtəlif bölgələrindən 300-ə qədər üşaq yeniyetmə və gənc,həmçinin, bir neçə yuxarı yaş qrupunun nümayəndəsi müxtəlif materiallardan hazırlanmış heykəltaraşlıq nümunəsi təqdim etmişlər və bu əsərlər arasından seçilmiş 140 müəllifin 160 yaxın əsəri sərgilənəcək .
Sərgilənəcək əsərləri 25-26-27 noyabr tarixlərində Xətai Sənət Mərkəzinin üçüncü mərtəbəsinə təhfil verilməlidir.
Sərgi iştirakçıları setifikatla, ən az 3 iştirakçı ilə yekun sərgidə təmsil olunan yaradıcılıq müəssələri - Şamaxı İTM, Fikrət Əmirov adına 6 saylı İncəsənət Məktəbi, Balaxanı Mədəniyyət evi ,ADRA, ADRA nəzdində İncəsənət Kolleci, ADMİU, İsmayılı şəhər1saylı məktəb, Art school bu Vəfa, 1 saylı UGİM, 156 saylı məktəb , 56 saylı məktəb , 4 saylı UGM, Xətai Uşaq Yaradıcılıq Studiyası, ,69 saylı məktəb , Afa Art school təşəkkürnamə ilə təltif olunacaqlar.
Sərgidən seçilən ən yaxşı 20 əsər Xətai Sənət Mərkəzində 2 həftə boyunca nümayiş olunacaq.
Heykəltaraşlıq əsərləri sevənləri və gənc heykəl ustalarımizın yaradılığı görmək istəyənlər sərgiyə dəvətlidir, giriş sərbəstdir.
Tədbirin heykəltaraşlığa marağın artmasına xidmət edəcəynə inanırıq.
Sərgi Xətai Sənət Mərkəzində Keçiriləcək.
Əlavə suallar üçün əlaqə: 051-310-74 01 (tel/whatsapp).
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az