Gələn il inflyasiya bu qədər olacaq - Taleh Kazımovdan AÇIQLAMA

25 Noyabr 2024 12:55

2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankı sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, bu, iqtisadi aktivlik üçün əlverişli şərait yaradır.

T.Kazımov əlavə edib ki, növbəti ildə 12 aylıq inflyasiyanın 5.8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Milli.Az