Gimnastlarımız birincilik uğrunda mübarizə aparacaq - FOTO

25 Noyabr 2024 12:50

25 və 26 noyabr tarixlərində Milli Gimnastika Arenasında "Kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci ölkə çempionatı və birinciliyi" yarışları start götürüb.

Milli.Az xəbər verir ki, yarışlarda balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar mübarizə aparacaqlar.

İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar, turnik üzrə proqramlarda öz məharətlərini göstərəcəklər.

Milli.Az