İbrahim Tatlısəs kömək istədi - FOTO

25 Noyabr 2024 16:09

Silahlı hücumdan sonra iflic olan İbrahim Tatlısəs yeni müalicəyə başladığını açıqlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tatlısəs həkimi ilə yeni müalicəyə başladığını açıqlayıb və yaxınlarından dua etmələrini istəyib.

Bu barədə müğənni İnstaqram hesabında paylaşım edib.

Tatlısəs "Həkimlə yenidən məşğələlərə başladıq. Allah hər kəsə şəfa versin, yeriyəcəyimə inanıram. Dualarınızı əskik etməyin" sözlərini deyib.

Fidan
Milli.Az