Türkiyə və Rusiya arasında PROBLEM

25 Noyabr 2024 11:40

Rusiya qazının Türkiyəyə tədarükünün ödənişi çətinləşə bilər.

Milli.Az xəbər verir ki, bu barədə türk mətbuatı xəbər verir.

Noyabrın 21-də ABŞ "Qazprombank"a və onun 6 xarici törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Nəşrin yazdığına görə, sanksiyalar Türkiyə, Macarıstan, Yunanıstan, Slovakiya, Serbiya, Bolqarıstan, İtaliya və Avstriya da daxil olmaqla bir sıra ölkələr üçün Rusiya qazının ixracına görə ödənişləri çətinləşdirə bilər.

Moskva alternativ ödəniş üsulları axtarmağa başlayıb, lakin ehtimal edilir ki, böhran yanvarda pik həddinə çata bilər.

Qeyd edək ki, "Qazprombank"a qarşı sanksiyalar məsələsi ötən həftə parlamentdə büdcə müzakirələri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən də qaldırılıb.

Fidan Türkiyənin idxal etdiyi qazın 40%-nin "Qazprom" vasitəsilə gəldiyini vurğulayaraq, ABŞ-ın bu mövqeyinin mümkün nəticələrə biganəliyini nümayiş etdirdiyini bildirib. Rusiya Federasiyası prezidentinin fərmanına əsasən, "Qazprombank" Avropa İttifaqı ölkələri və Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş digər dövlətlər üçün qaz nəqlinin rublla ödənilməsi sxemini təşkil edir. Mexanizm xarici alıcılar üçün iki hesabın açılmasını nəzərdə tutur - xarici valyuta və rubl. Müqavilə valyutasında (məsələn, avro) köçürülən vəsaitlər Moskva birjasında konvertasiya edilir və rublla əldə edilən gəlirlər rubl hesabına köçürülür. Məhz bu hesabdan Qazpromla hesablaşmalar aparılır.

Nərmin Mahmudova
Milli.Az