Xəbər verdiyimiz kimi bu gün Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası keçiriləcək.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə müxalifətin mitinqinin keçirildiyi parlament binasında təhlükəsizliyi gücləndirib.
Ölkədə parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət nümayəndələri və onların tərəfdarları paytaxt Tbilisinin Rustaveli prospektində toplaşıb.
Hadisə yerinə əlavə qüvvələr və xüsusi hərbi texnika göndərilib.
Qeyd edək ki, etriazçılar ötən parlament seçkilərinin nəticələrindən narazıdırlar və onların tanınmamasını tələb edirlər.
Nərmin
Milli.Az