Şərhçi kimi karyerasını davam etdirən və şərhləri ilə adından söz etdirən məşqçi Sergen Yalçın bu dəfə də gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Superliqanın 13-cü həftəsində keçirilən "Kayserispor" - "Fənərbaxça" və "Bodrumspor" - "Qalatasaray" matçlarını şərh edən Yalçın canlı yayımda gözlənilməz hərəkət edib.
Yalçın canlı yayımda olduğunu unudaraq siqaret çəkməyə çalışıb. Vəziyyəti anlayan aparıcı Candaş Tolqa Işık canlı yayımı yarımçıq kəsərək dərhal verlişə reklam arası verib.
Həmin anıarı təqdim edirik:
Fidan
Milli.Az