Rusiya Ukraynanı bu təyyarə ilə vurdu

25 Noyabr 2024 10:40

Rusiya Müdafiə Nazirliyi "Su-34" bombardmançı təyyarəsinin Ukrayna ordusuna qarşı zərbə endirdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, "Su-34" təyyarəsi Kursk bölgəsində Ukrayna ordusunun hərbi texnikası və şəxsi heyətini "ağıllı bomba"lardan istifadə edərək hədəf alıb.

Təyyarə sərhəd bölgəsində Ukrayna qüvvələrinə aid zirehli döyüş maşınları və digər hərbi texnikaya qarşı hava zərbələri həyata keçirib.

Hücum yüksək dəqiqlikli əvvəlcədən müəyyən edilmiş hədəflərə doğru atılıb. Nəticədə Ukraynanın hərbi texnikası və şəxsi heyətinin böyük zərər gördüyü təsdiq edilib.

Aysel Əkbər
Milli.Az