Sərdar Ortaç və Mehmet Əli Ərbilin hakim qarşısına çıxacağı tarix açıqlanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda "qeyri-qanuni mərc oyunlarının təşviq edilməsi" iddiası ilə bağlı dekabrın 24-də Serdar Ortaç, 30-da isə Mehmet Ali Ərbil hakim qarşısına çıxacaq.
Ortaç və Ərbil üçün 3 ilə qədər həbs cəzası istənilib.
Xatırladaq ki, İstanbulda keçirilən "qeyri-qanuni mərc" əməliyyatında aralarında Mehmet Ali Erbil və Serdar Ortaç kimi məşhur adların da olduğu tanınmış şəxslər saxlanılıb. İfadələrində ittihamları rədd edən və aldadıldıqlarını deyən Ərbil və Ortaç ev dustaqlığına buraxılıb.
Fidan
Milli.Az