Türkiyənin Sanaye və Texnologiya Naziri Mehmet Fatih Kacırın avtomobil korteji qəza keçirib.
Milli.Az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bildirilir ki, qəza nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.
İlkin məlumata görə, hadisə yerinə çox sayda təcili tibbi yardım və polis ekipajı göndərilib.
Xəyal Abdullayev
Milli.Az