“Buta Palace”da toy etmişdilər, boşananda "İphone" davası etdilər

24 Noyabr 2024 13:06

Toyları "Buta Palace"da olmuş cütlüyü boşadım. Dekorasiyaya 60 min dollardan çox xərc çəkmişdilər. 

Milli.Az xəbər verir ki, bunu vəkil İsrafil Əlili deyib.

Vəkilin sözlərinə görə, müğənnilərə verilən pula Yasamalda 2 otaqlı təmirli ev almaq olardı.

"Toy maşınının icarəsi boşanma üçün aldığım qonorardan çox idi. Gəlini Anar Ağakişiyev 4 rəqəmli pula bəzəmişdi. Di gəl ki, tərəflər 2 min manat olan "İphone" telefonunun davasını edirdi", - deyə vəkil bildirib.

Milli.Az