Tesla-nın CEO-su Elon Mask, 334,3 milyard dollarlıq sərvəti ilə rəsmi olaraq həm indiyədək özünün, həm də dünyada hər hansı bir şəxsin malik olduğu ən böyük sərvətə sahibdir.
Milli.Az Forbes-a istinadla xəbər verir ki, Maskın sərvətinin sürətli artımı, onun rəhbərlik etdiyi elektrik avtomobilləri istehsal edən Tesla şirkətinin səhmlərinin qiymətinin yüksəlməsi ilə əlaqələndirilir. Xüsusilə, ABŞ-də Donald Trump-ın prezident seçkilərində qələbəsindən sonra Tesla səhmlərində böyük artım qeydə alınıb.
Elon Mask, seçki kampaniyası zamanı Donald Trump-ın ən böyük dəstəkçilərindən biri olub və hətta onun mitinqlərində iştirak edib. Bu siyasi əlaqələr də Maskın sərvətinin artımına dolayı təsir göstərmiş ola bilər.
Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun