22:31
"Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın həbsinin detalları məlum olub.
Milli.Az lent.az-a istinadən bildirir ki, iş üzrə zərərçəkənin vəkili Yusif Seyfəlov bildirib ki, Aybəniz Xəlilova şantaj etdiyi şəxslə 17 ay münasibətdə olublar.
"Zərərçəkmişin sözlərinə görə, onların münasibətinin 2 ayı tamam olandan sonra Aybəniz Xəlilova qarşı tərəfi şantaj edərək hədə-qorxu ilə pul tələb etməyə başlayıb. Bu pulun məbləği 830 min manatdan artıqdır.
Şantajlar isə zərərçəkmişin qeyri-münasib şəkilləri ilə edilib. Aybəniz Xəlilova bu fotoları onun telefonundan köçürüb".
---------------
2024.11.23
"Beniz" ləqəbli məşhur tiktoker həbs olunub.
Milli.Az unikal-a istinadən xəbər verir ki, bu gün 1987-cu il təvəllüdlü Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.
Milli.Az