"Stolların üstündə ərəb rəqsi oynayan rəqqasə dedi ki, ərim qısqancdır"

23 Noyabr 2024 23:23

Müğənni Fədayə Laçın sosial media hesabında paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi məclisdə rastlaşdığı həmkarından birinə və rəqqasəyə söz atıb:

"O gün toyda bir müğənni ilə rastlaşdım. Söhbəti belə oldu: Mənim ərim var. Ərimlə evlənmişik. Yaxşı ki, toyumuz oldu. Əri olmayanın günahı özündədir. Ərə sahib olmaq super bir hissdir. Ər, ər, ər. Ərim var. Yaxşı ki, ərimlə tanış olmuşuq. Mənim ərim.

Bir dəfə də məclisə rəqqasə gəlmişdi. Stolların üstündə ərəb rəqsi oynayacaqdı. Dedi ki, məni qabağa salın, tez oynayıb gedim. Ərim çox qısqancdır, evə gec getsəm, inan, başımı kəsər.

Onlar danışdıqca ürəyimdə "Dünya niyə dağılmırsan?" oxuyurdum".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun