Çingiz Şəfiyev vəfat etdi - FOTO

23 Noyabr 2024 21:04

Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.

Çingiz Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il "Judo Club 2012" idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun