AŞ PA Monitorinq Komitəsinin yeni sədri seçilib

28 Yanvar 2010 16:47
APA-nın məlumatına görə, AŞ PA komitələrinin iclasında isveçrəli parlamentar Dik Marti AŞ PA Monitorinq Komitəsinin sədri seçilib. İclasda Azərbaycandan Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edib.

Xatırladaq ki, D.Martidən əvvəl Monitorinq Komitəsinə ukraynalı deputat Sergey Qolovati rəhbərlik edib.

Milli.Az