Sumağın bilmədiyimiz faydaları

23 Noyabr 2024 17:30

Mətbəxlərin vazkeçilməz ədviyyatlarından biri olan sumaq özünəməxsus dadı ilə tanınır. Bu ədviyyatın insan sağlamlığına bir çox faydası var. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sumaq bir çox antioksidant birləşmələrlə zəngin ədviyyatdır. Bədəni oksidləşdirici zərərdən qoruyur, metabolik prosesləri dəstəkləyir.

Antiseptik kimi tanınan sumaq orqanizmin bakteriya və mikroblarla mübarizə aparmasına kömək edir. Sumaq həzmi asanlaşdırır, həzmsizliyi aradan qaldırır. Qan şəkərini də tarazlaşdırmağa kömək edən sumaq ürək sağlamlığını dəstəkləyir.

Güclü antioksidant təsiri sayəsində infarkt, insult kimi ürək-damar xəstəliklərinin qarşısını alır. Sumağın tərkibində lif, sağlam yağlar və yüksək miqdarda C vitamini var. Bu ədviyyat xərçəngdən qoruyur.

Xüsusilə qış mövsümündə orqanizmin qrip kimi xəstəliklərə qarşı müqavimətini artıraraq, qalxan rolunu oynayır. Sumaqda olan antioksidantlar iltihabı azaltmaqda və qarşısını almaqda təsirlidir.

Araşdırmalara görə, sumaq əzələ ağrılarını aradan qaldırır. Eyni zamanda, müxtəlif xəstəliklərin yaratdığı ağrıları azaltmaqda da çox təsirlidir.

Sumaq boğaz ağrısını aradan qaldırır, qızdırmanı azaldır. Sidikqaçırma problemlərinə yaxşı təsir göstərir. Diabet əleyhinə olan sumaq turş dadına görə orqanizmdə şəkərin miqdarını balanslı saxlayır.

Soyuqdəymənin müalicəsində istifadə olunur. Zəngin tərkibi ilə orqanizmi gümrah saxlayır və yorğunluq hissini azaldır.

Tədqiqatlara görə, ana südünün artmasına kömək edir. Lakin həkim nəzarəti altında istifadə etmək tövsiyə olunur.

Eləcə də sumaq istehlakı xolesterin səviyyəsini aşağı salır. Həmçinin sumaq ürəkbulanmanın qarşısını alır.

Arıqlamaq istəyən və pəhriz saxlayanlar üçün də sumaq faydalıdır. Sumağın tərkibində olan aktiv maddələr bədəndən toksinləri çıxarmağa kömək edir.

Antioksidan xüsusiyyətləri sayəsində sumaq müntəzəm olaraq istehlak edildikdə çox daha parlaq, təmiz dəriyə sahib olmanıza kömək edir. Yaşlanma əlamətlərini və dəridə qırışların əmələ gəlməsini minimuma endirir.

Bundan başqa, sumaq diş ətinə qulluq edir. Tərkibindəki antibakterial tərkibi sayəsində ağız yaraları üçün faydalıdır.

Milli.Az