Xəbər verdiyimiz kimi, noyabrın 23-də Laçın rayonu ərazisində zəlzələ olub.
Milli.Az xəbər verir ki, zəlzələnin baş vermə anı ilə bağlı görüntü yayılıb.
Sözügedən videonu təqdim edirik:
---------
13:31
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.
--------
12:36
Noyabrın 23-də Laçın rayonu ərazisində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Milli.Az-a verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.
Milli.Az