Çin istehsalı yeni avtomobil - "Rolls-Royce"un rəqibi olacaq - FOTOlar

23 Noyabr 2024 10:35

Çin avtomobil istehsalçısı JAC və texnologiya nəhəngi "Huawei" "Maextro" markalı avtomobil istehsal edəcək. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu avtomobil "Maybach" və "Rolls-Royce"un məhsullarına rəqib olacaq. Avtomobilin faktiki uzunluğu 5,5 metrədək olacaq. "Bu o deməkdir ki, avtomobil ölçülərinə görə D+ sinfinə aiddir və "Maybach" "S" sinifi və "Rolls-Royce Ghost" ilə müqayisə edilə bilər. 

"S800"ün 2025-ci ilin yazında satışa çıxarılacağı və yeni tikilmiş JAC zavodunda istehsal ediləcəyi gözlənilir. Şirkətin ildə bu sedanlardan 35 min ədəd istehsal edəcəyi nəzərdə tutulur.

Milli.Az