Bakıda COP zolaqları ləğv olunur.
Milli.Az bildirir ki, tədbir bu gün yekunlaşdığı üçün üzərində COP29 yazılan zolaqların ləğvinə başlanıb.
Qeyd edək ki, həmin zolaqlar avtobus zolağı kimi istifadə olunacaq.
Xatırladaq ki, noyabr ayının 1-dən avtomobillərin Bakının bir sıra küçələrində təşkil edilmiş COP29 zolaqlarından istifadəsinə dair qadağa qüvvəyə minib. COP29 zolaqlarına daxil olan avtomobil sürücüləri 100 manat cərimələnib, eləcə də onlara 3 bal yazılıb. Yollarda çəkilən COP29 zolaqları avtobus zolaqları ilə eyni xüsusiyyətlətə malik idi.
Milli.Az