Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, 2025-ci ildə keçiriləcək prezident seçkilərindən sonra 2020-ci ildə baş verənlərə bənzər kütləvi etirazlar yenidən başlasa, ölkədə internetə çıxış tamamilə bağlanacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
"İğtişaşlar yenidən baş verərsə, biz interneti tamamilə kəsəcəyik. Açığı, deyim ki, bu, həmişə, xüsusən də ilkin mərhələlərdə mənim icazəmlə olub", - Lukaşenko deyib.
Qeyd edək ki, Belarusda seçkilər 2025-ci il yanvarın 26-da baş tutacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun