"Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahuya dair qərarını tanımır"

23 Noyabr 2024 07:53

Moskva İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) legitimliyini tanımır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində deyib.

"Rusiya Beynəlxalq Cinayət Məhkəməsini tanımır və onu qeyri-legitim hesab edir", - Medvedev qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun