Berbok boşanır

23 Noyabr 2024 00:43

Almaniyanın xarici işlər naziri Annalena Baerbock və həyat yoldaşı Daniel Holefleischin ayrıldığı rəsmi şəkildə təsdiqlənib.

Milli.Az xəbər verir ki, cütlük, birlikdə verdikləri açıqlamada, bir müddət əvvəl uzun götür-qoydan sonra artıq cütlük olmadıqlarına qərar verdiklərini bildiriblər.

Onlar 17 illik nikahın pozulmasının səbəblərini açıqlamayıblar. Onlar diqqətlərini gələcəyə və iki ortaq qızlarının - 9 və 13 yaşlı uşaqlarının rifahına yönəltməyi prioritet hesab edirlər.

Baerbock və Holefleisch ayrılığa baxmayaraq, qızlarının sakit və sevgi dolu mühitdə böyümələrini təmin etmək üçün hələlik eyni evdə, Potsdamdakı yaşayış yerində birlikdə qalacaqlarını bildiriblər.

Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun