Diplomat olduğunu deyən azərbaycanlı saxlanıldı - maşınından 70 kq qızıl çıxdı

22 Noyabr 2024 23:33

Türkiyənin İstanbul şəhərində azərbaycanlı olduğu deyilən şəxsin maşınından 70 kiloqram qızıl aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mediasında xəbərlər yayılıb.

Qeyd olunub ki, Azərbaycanəsilli M.G.Ş. adlı şübhəli Sarıyer səmtində ticarət mərkəzlərinin birinin qarşısında polis qrupları tərəfindən saxlanılıb.

Onun İstanbul Prokurorluğu tərəfindən verilən təlimat çərçivəsində saxlanıldığı bildirilib.

Şübhəli şəxs xüsusi xidmət orqanlarının əməkdaşlarına məhsulların özünə aid olduğunu və diplomat kimi çalışdığını deyib.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun