Azərbaycanda alimentin məbləği ARTIRILIR - ARAŞDIRMA - VİDEO

22 Noyabr 2024 22:06

Gələn ildən aliment miqdarı artırılacaq. Məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb. Bildirilib ki, "2025-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.

Valideynlərin övladlar üzərindəki maddi mənəvi haqqları qanunvericilikdə necə tənzimlənir?

Milli.Az xəbər verir ki, hüquqşünas Kamandar Hüseynov məsələni "Xəzər Xəbər"ə şərh edib.

O, bildirib ki, maddi öhdəliklər içərisində ən vacibi alimentdir.

Hüquqşünas onu da qeyd edib ki, bəzən uzun çəkən məhkəmə çəkişmələri uşağa ziyan vurur, alimenti kişi və ya qadının ödəməsi, eləcə də tərəflər arasındakı çəkişmələrin uzanması xeyli vaxt tələb edir:

Maraqlıdır, bəs sakinlər bu barədə nə düşünür?. Alimentin artırılması tərəflərdən hansına müsbət təsirini göstərəcək?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun