Əsir götürdükləri 46 nəfəri Rusiyaya qaytardılar

22 Noyabr 2024 20:40

Bu gün Ukrayna Kursk vilayətinin ümumilikdə 46 sakinini Rusiyaya qaytarıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib.

Moskalkovanın sözlərinə görə, həmin insanlar Ukraynanın avqust hücumundan sonra Kursk vilayətinin ərazisindən aparılıblar. Onların arasında yeni doğulmuş, 3 yaşına qədər olan uşaqlar və əlillər də var.

Milli.Az