Mourinyo özü qollarını "çırmaladı" - "Fənər" üçün Ronaldoya yığdı

22 Noyabr 2024 20:21

"Fənərbağça"nın dünya şöhrətli baş məşqçisi Joze Mourinyo özü yükün altına əlini qoymağı qərar verib.

Milli.Az xəbər verir ki, onun Ərəbistan "Əl-Nəsr"inin ulduzu Kriştiano Ronaldonu komandasına gətirmək üçün futbolçuya zəng etdiyi deyilir.

Bu barədə "Fotomaç" xəbər yayıb.

Mourinyo həmçinin "Fənərbağça" rəhbərliyindən superulduzu razı salmaq üçün səy göstərməsini istəyib.

Klubunun idman direktoru Mario Brankonun artıq "Əl-Nassr"lə danışıqlara başladığı bildirilir.

Tural
Milli.Az