Millimizi qələbəyə həsrət qoyan Santuş göndərilir?

22 Noyabr 2024 19:12

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək.

Milli.Az xəbər verir ki, 70 yaşlı çalışdırıcı istefa ərizəsi yazmayıb.

Bu ilin yayında AFFA ilə 4 illik müqavilə bağlamış məşqçi fəaliyyətini davam etdirəcəyini mənsubların diqqətinə çatdırıb.

Qeyd edək ki, milli komanda Fernandu Santuşun başçılığı altında 6 oyunda bir dəfə heç-heçə edib, beş görüşdə isə məğlub olub. /Sportinfo.az/

Milli.Az