Türkiyədə tanınmış baş məşqçi öldürüldü

22 Noyabr 2024 17:55

Türkiyə III liqasında mübarizə aparan "Çorluspor 1947" klubunun baş məşqçisi Ersin Aka silahlı hücum olub.

Milli.Az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Hadisə nəticəsində xəstəxanaya çatdırılan məşqçinin həyatını xilas etmək mümkün olmayıb.

46 yaşında ölən mütəxəssis Türkiyədə "Karşıyaka" və "Rizəspor" futbol klublarında da çalışıb.

Musa
Milli.Az