19 yaşlı qız oteldə içkidən zəhərlənib öldü

22 Noyabr 2024 18:15

Avstraliyalı Holli Bouls adlı 19 yaşlı gənc qız Laosda tətil zamanı ölüb.

Milli.Az "Daily mail"ə istinadən xəbər verir ki, onun metanol zəhərlənməsindən həyatını itirdiyi güman edilir.

Boulsun ailəsi övladını xəstəxanaya çatdırsa da onu xilas etmək mümkün olmayıb. 

Bu hadisədən bir gün sonra onun ən yaxın dostu da ölüb.

Eyni yaşda olan Bianka Conz isə cümə axşamı başqa bir xəstəxanada ölüb. Zəhərli içkilərin verildiyi iddia edilən hostelin sahibi polis tərəfindən saxlanılıb.

Araşdırmalar davam edir.

Aysel Əkbər
Milli.Az