Türkiyənin məşhur "Çocuklar Duymasın" serialında "Meltem" obrazı ilə tanınan aktrisa Pınar Altuğ həyat yoldaşı Yağmur Atacanla birlikdə İtaliyada çəkdirdikləri yeni fotosessiya ilə gündəmə gəliblər.
Milli.Az xəbər verir ki, Pınar Altuğ bu anları öz "Instagram" səhifəsində izləyiciləri ilə bölüşüb. Fotolarına gələn şərhlərdə çox sayda istifadəçi cütlüyün yenidən bal ayına getdiklərini qeyd ediblər.
Qeyd edək ki, Pınar Altuğ 2008-ci ildə evlənib. Onların bu evlilikdən Su adlı bir qız övladları var. O, özündən 8 yaş kiçik Yağmur Atacanla həyatı qurub.
Aysel Əkbər
Milli.Az