Putinin nüvə ilə bağlı qərarı NATO-nu hərəkətə keçirdi - Təcili görüş

22 Noyabr 2024 14:44

Rusiya Prezidenti Vladimir Putinin nüvə ilə bağlı sərəncam imzalamasından sonra NATO hərəkətə keçib.

Milli.Az-ın məlumatına görə NATO-nun fövqəladə iclas keçirəcəyi elan edilib və bu iclasa Ukraynanın da qatılacağı bildirilib.

Qeyd edək ki, Vladimir Putin Bayden administrasiyasının Ukraynaya verdiyi uzunmənzilli ATACMS raketlərindən Rusiya ərazisinə qarşı istifadəsinə icazə verməsindən sonra gücləndirilmiş nüvə doktrinası haqqında sərəncam imzalayıb.

19 noyabrda təsdiqlənmiş yeni qərara görə Rusiya ərazisinə ballistik raket hücumu ediləcəyi təqdirdə Moskva buna nüvə silahı ilə cavab verə bilər. Doktrinaya görə, belə hücum digər nüvə silahı olan dövlətin dəstəyi ilə həyata keçirilərsə və ya pilotsuz uçuş aparatları və hərbi təyyarələr vasitəsilə edilərsə, bu da nüvə cavabı üçün əsas hesab ediləcək.

İslam
Milli.Az