Bakıda gənc oğlan faciəvi şəkildə öldü - qaynar su...

22 Noyabr 2024 00:14

Bakıda gənc oğlan faciəli şəkildə ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində baş verib.

24 yaşlı Şəhriyar Eyvaz oğlu Həsənov yaşadığı evdə qaynar su aşdığı üçün yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun