7.2 bal gücündə zəlzələ xəbərdarlığı edildi: bu şəhər dağılsa...

22 Noyabr 2024 06:17

Türkiyəli professor Süleyman Pampal İstanbulda zəlzələ ola bilmə ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, Adana Böyükşəhər Bələdiyyəsi tərəfindən zəlzələ hərəkət planı işləri çərçivəsində Adanada Qırılma Xəttləri və Zəlzələ Paneli keçirilib.

Paneldən əvvəl zəlzələ mütəxəssisi, Qazi Universiteti Zəlzələ Araşdırma Mərkəzinin rəhbəri Süleyman Pampal "İhlas" agentliyinə açıqlama verib.

Gözlənilən İstanbul zəlzələsindən danışan professor 7 və daha yuxarı ballıq zəlzələnin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib:

"7 ilə 7,5 bal arasında zəlzələ gözləyirik. Təxminən 7,2 bal gücündə təkanlar olacaq. Bu, arzuolunan deyil, amma yuxarı və aşağı həddi nəzərdən keçirdikdə, kaş alt həddə yaxın olaydı. İstanbulun tikinti fondunu nəzərə alsaq, nəticə çox pis ola bilər. İstanbul dağılarsa, Türkiyə onun altında qalacaq. Hamımız qala bilərik. Biz İstanbul, Ankara, İzmir və Adana kimi şəhərləri ayırmadan bütün Türkiyəni zəlzələyə hazırlamalıyıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun