Dünyanın ən romantik xalqları hansılardır?

21 Noyabr 2024 19:07

Fransız araşdırma şirkəti "Ipsos" 31 ölkədə eşq həyatı ilə bağlı araşdırma aparıb.

Milli.Az ölkə.az-a istinadla xəbər verir ki, qlobal sorğu nəticəsində məlum olub  ki seks və romantik həyatlarından ən az məmnun olanlar , yaponiyalılardır.

Siyahıda yaponiyalıları cənubi koreyalılar izləyir. 

İki Asiya rəqib ölkəsi xroniki və təhlükəli dərəcədə aşağı doğum nisbətləri ilə oxşar demoqrafik böhranla mübarizə aparır.

Sorğuda iştirak edən yaponların yalnız 37%-i, cənubi koreyalıların isə 45%-i seks və romantikadan məmnun olduqlarını bildiriblər.

Siyahıda liderlik isə hindlilərə və meksikalılara məxsusdur.

Sorğuda iştirak edən hindlilər və meksikalıların 76%-i vəziyyətdən məmnundurlar. Siyahıda Türkiyə 62%-lə 17-ci yerdə qərarlaşıb.

Həmçinin "tərəfdaşları və həyat yoldaşları ilə münasibətlərindən" ən az məmnun olanlar cənubi koreyalılardır. Onlarda sonra ikinci ən pis nəticə isə yaponiyadadır.

"Həyatda nə qədər sevildiyinizi hiss edirsiniz?" sualına kolumbiyalılar və perulular 86%, türkiyəlilər 69%, cənubi koreyalılar 63%, yaponlar isə  51% müsbət cavab verib.

Digər tərəfdən, yüksək gəlirli ailələrdə olanların həyat yoldaşlarından məmnunluq nisbəti 85%, aşağı gəlirli ailələrdə isə 78% təşkil edib.

Milli.Az