M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində COP29-a həsr olunmuş növbəti konsert keçirilib.
Dirijor Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynovanın rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev) və F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupunun (xormeystr Azərbaycan Respublikasının Əməkdar artisti Naala Baratelia) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Çinarə Mütəllibova (qanun), Ramil Qasımov (tenor), Almaz Orucova, Eldəniz Məmmədov, Televiziya Muğam Müsabiqəsi laureatları Zabitə Alıyeva (xanəndə), Vəfa Vəzirova (xanəndə), Beynəlxalq müsabiqələr laureatları Taleh Yahyayev (bariton), Fəxri Kazım-Nicat (tenor), Preziden təqaüdçüsü Aidə Rəfiyeva (kamança), Natavan Həsənova (qanun), Sevinc Səfərova (kamança), Ulduz Məmmədova (kamança), Nərgiz Mütəllibova (fleyta), Fariz Hüseynov (kamança) və Rəvanə Qurbanova (xanəndə) dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az