Bakıda nəqliyyatda yenilik - Nazir AÇIQLADI

21 Noyabr 2024 16:17

Paytaxtda "Yaşıl şəhər nəqliyyatı" istiqamətində görülən işlər

Milli.Az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri  Rəşad Nəbiyev deyib.

O, paytaxtda  "Yaşıl şəhər nəqliyyatı" istiqamətində görülən işlərdən danışıb:

"Bu tədbir dövrümüzün ən qlobal problemlərindən biri olan şəhər nəqliyyatının dekarbonizasiya istiqamətində böyük əhəmiyyət kəsb edir. Məqsədimiz dayanıqlı şəhər mobililiyini yaratmaqdır. Bununla biz həm insanların, həm də planetin ehtiyaclarını qarşılamaq üçün şəhərlərimizi, şəhər mobil sistemlərimizi dəyişməyi hədəfləyirik. Azərbaycanda şəhər nəqliyyatının yaşıllaşdırılması istiqamətində mühüm işlər görülüb. Bakı şəhər ictimai nəqliyyatında elektrik avtobuslarının cəlb edilməsi ilə mikro mobilik infrastrukturu inkişaf edir, avtobus zolaqları genişlənir".

Aysel Əkbər
Milli.Az