Bu qidalar kişilərdə cinsi istəyi azaldır

21 Noyabr 2024 09:09

Bəzi qidalar testosteron səviyyəsinin və cinsi istəyin azalmasına səbəb ola bilər. 

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bunu uroloq, androloq, cərrah İlnur Agliullin bildirib. O, söhbətində kişilərdə libidonu azaldan məhsullara diqqət çəkib.

Bu siyahıya həkim həddindən artıq duz olan qidaları - məsələn, konservləri daxil edib. Agliullinə görə, artıq duz tromboz riskini artırır, qan təzyiqini artırır və testosteron konsentrasiyasını azaldır.

Həkim bildirib ki, həmçinin pivə də istəyi azaldır, çünki ondan sui-istifadə kişilərdə estrogen səviyyəsini artırır və visseral piylənməyə səbəb olur. Uroloq həmçinin şirniyyat, yağlı qidalar, soya, ağ maya çörəyi, bişmiş məmulatlar, hisə verilmiş məhsullar və çipslərin, həmçinin kofeinli içkilərin istehlakında diqqətli olmağa çağırıb.

Milli.Az