Bu ölkə də "Hizbullah"ı terror təşkilatı kimi tanıdı

21 Noyabr 2024 09:20

Yeni Zelandiya hökuməti Livanın "Hizbullah" radikal hərəkatına terror təşkilatı statusu verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə RNZ radiostansiyası məlumat yayıb.

Baş nazir Kristofer Klakson vurğulayıb ki, hakimiyyət "Hizbullah"ı terror təşkilatı siyahısına daxil etmək üçün bütün lazımi sübutlara malik idi. Bundan əlavə, bütün lazımi hüquqi prosedurlara əməl edilib.

Milli.Az